Xəbərlər

Azərbaycanın ticarət etdiyi əsas ölkələr – Siyahı
27 oktyabr, 2014 10:59

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk doqquz ayı üzrə ölkənin cəmi ticarət dövriyyəsinin 17,65 faizi və ya 4 mlrd. 215 mln. 488,66 min dolları İtaliyanın payına düşüb.

Bildirək ki, bunun 4 mlrd. 30 mln. 744,82 min dollarını İtaliyaya ixrac təşkil edib. Bu isə Azərbaycanın cəmi ixracının 23,22 faizi deməkdir. Bununla da İtaliyaAzərbaycanın ixrac həyata keçirdiyi ölkələr arasında birinci yeri tutub. Bu müddətdə Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkə isə  915 mln. 456,67 min dollarla Türkiyə olub.

Gömrük Komitəsinin məlumatına əsasən Azərbaycanın ticarət dövriyyəsində payına görə İtaliyanı 1 mlrd. 953 mln. 376,68 min dollarla Almaniya və 1 mlrd. 894 mln. 580,19 min dollarla İndoneziya əvəzləyib.

Qonşu Rusiya isə Azərbaycanın  cəmi ticarət dövriyyəsinin cəmi 5,73 faizini və ya 1,368 mlrd. dollarını tutmaqla 4-cü olub. Rusiyanı 1,305 mlrd. dollar təcarət dövriyyəsi ilə Fransa əvəzləyib.

Digər qonşu dövlət Türkiyə ilə Azərbaycanın cəmi ticarət dövriyyəsi isə 1,293 mlrd. dollar təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ticarət dövriyyəsində payına görə 6-cı sırada olub.

Gömrük Komitəsinin hesabatına əsasən daha sonra ilk onluqda İsrail, ABŞ, Böyük Britaniya, Hindistan sıralanıblar.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 141 ölkə ilə 23 mlrd. 878 mln.861 min dollar məbləğində ticarət əməliyyatı aparıb.

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin 17 mlrd. 356 mln. 824 min dolları ixracın, 6 mlrd. 522 mln. 036 min dolları isə idxalın payına düşüb. Beləliklə, yanvar-sentyabr aylarında Azərbaycanın ticarət dövriyyəsində 10 mlrd. 834 mln. 787 min dollar məbləğində müsbət saldo yaranıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.