Xəbərlər

Azərbaycan futboluna “Şaxtyor” nümunəsi
24 oktyabr, 2014 12:47

Çoxları futboldan danışır, yazır, müzakirə və mübahisə edir. 

Çünki, haqqında danışlacaq ən asan mövzu kimi futbol görünür. Çoxları belə düşünür.

Elə Azərbaycan klublarının rəhbərliyində, məşqçi və futbolçu heyətində də belələri çoxdur. Futbolu oynamağı, klub idarə etməyi asan bilənlər bu işlə məşğul olanda görməlidir ki, əslində bu göründüyü və danışıldığı qədər sadə məsələ deyil. Amma nə edəsən ki, bizim milli komandadan başlamış ən zəif klublara qədər bunu görən və bilən yoxdur.

Ona görə də klub səviyyəsində doğru-dürüst bir uğurumuz yoxdur. UEFA Avroliqasında qrup mərhələsinə çıxmaq bütün uğursuzluqların yanında nisbətən “toya getməlidir”. Milli komanda səviyyəsində isə dünya reytinqində 80-ci pilləyə yüksələndə az qalır ki, sevincdən göbək rəqsi oynasınlar.

Mən də futbolun başbiləni deyiləm. Nə də ki, kiməsə məsləhət vermək kimi fikrim yoxdur. Onsuz da məsləhətə və düzgün sözə baxan yoxdur.

Mən sadəcə bir neçə örnəklər gətirmək istəyirəm. Orta nəslin nümayəndələri SSRİ-i çempionatlarını yaxşı xatırlayar. Düzdür, mənim yaşım o vaxtlara düşməsə də bu mövzuda araşdırmalarım göstərir ki, indi Ukraynada və Avropada “at oynadan” “Şaxtyor” vaxtilə SSRİ-nin ortabab klublarından biri olub.

Klubun SSRİ tarixində ən böyük uğurları Oleq Osenkovun baş məşqçiliyi dövrünə təsadüf edir. “Şaxtyor” onun dövründə 1961 və 1962-ci ildə SSRİ kubokunun qalibi olub.

“Şaxtyor”un azarkeşləri növbəti uğurlar üçün 90-cı illərin sonuna qədər gözləməli olub. 1995-ci ildə klubun başına Rinat Əhmədov gəldikdən sonra klubda inqilabi dəyişikliklər oldu. Düzgün idarəetmə quran R.Əhmədov gələcəyin komandasını qurmaq üçün hər şeyi etdi.

2004-cü ildə klubun sükanı arxasına “Qalatasaray” və “Beşiktaş”ı çempion etmiş Mirça Luçesku gətirildikdən sonra yeni bir inkişaf mərhələsi başladı. Prezidentin uğurlu idarəetməsi, professional və bu işi bilən baş məşqçinin düzgün seçimləri sayəsində “Şaxtyor” hər keçən gün Avropada adından söz etdirməyə başladı.

Klub Luçeskunun geridə qalan 10 illik məşqçiliyi dövründə 7 Ukrayna Premyer Liqası çempionluğu, 4 Ukrayna kubokunun qalibiyəti, 2009-cu idlə UEFA Avropa Liqası kuboku qazanmaq sevinci yaşayıb. UEFA-nın Superkubokunun finalında isə “Barselona”ya məğlub olub.

Artıq bu klub Avropada nəhəng klublara öz gücünü sübut etdirmiş bir komanda olaraq tanınır. Hər il stabil olaraq Çempionlar Liqasına qatılır, ölkəsini layiqli şəkildə təmsil edir. 2 gün öncə də qrup matçında səfərdə BATE (Belarus) klubunu 7-0 məğlub edərək adından bir daha söz etdirdi.

Əlbəttə ki, bu uğurlar təsadüfi deyil. Klub bu yerə gələnə qədər 1995-ci ildə sağlam bünövrə qoyuldu, 2004-cü ildə isə sükanı idarə edə biləcək təcrübəli “sürücü” təyin edildi.

Mək təkcə “Şaxtyor” nümunəsini ona görə gətirdim ki, Azərbaycanda hansısa futbol müqayisəsi aparılanda, bu əksər vaxtlarda keçmiş MDB ölkələri ilə edilir. Bu da keçmiş MDB klublarında biri “Şaxtyor”.

Bəyin oğurlanması filmində bir fraqment yadıma düşdü. “Bəs bizdə o əjdahadan niyə yoxdur?”.

Bunun bir neçə səbəbi var. Bir neçəsini sadalayım:

- Azərbaycandakı klub rəhbərlərinin futbol və idman bilgisi kifayət qədər deyil.

Lap tutaq ki, “bu olmasa da olar” deyib, “təki idarəetməsi yaxşı olsun” desək yenə də nəticə dəyişmir. Çünki, idarəetmə də sıfır dərəcəsindədir. Klubların çoxunda özbaşınalıq baş alıb gedir. Kimin hansı vəzifəni tutduğu, kimin hansı işə baxdığı bilinmir. Uğur olanda (əgər olsa) hamı öz üzərinə götür, uğursuzluq olanda hamı bir-birinin üstünə atır.

- Məşqçilərə yetərincə səlahiyyət verilmir.

Azərbaycan klublarının məşqçilərinin işi elə fikir formalaşdırır ki, onlar sanki sadəcə bu postun boş qalmaması üçün gətirilib (Qurban Qurbanov və Kaxaber Tsxadadze istisnadır). Çünki, transferləri əksər vaxtlarda klubu yüksək vəzifəliləri həyata keçirir, məşqçinin onu istəyib-istəməsi soruşulmur. Uğursuzluq olan kimi də hər şey məşqçinin üstünə yıxılır, klubdan qovulur.

- Azərbaycan futbolunda və klublarda şəffaflıq yoxdur.

Bəzi klubların sırf dövlət strukturları tərəfindən maliyyələşdirildiyi hamıya məlumdur. Dövlət pul ayırır ki, futbolumuz ağ günə çıxsın, amma bəzi “işbazlar” bu pulları sözün əsl mənasında “yeyir”. Biznesmenlər tərəfindən qurulan klublar isə “özəl idarəetmə qanunları” ilə işləyirlər.

Bu vaxta qədər klubların nə maliyə hesabatları, nə gəlir-ziyan məsələləri, nə futbolçuların hansı qiymətlərə alınıb-satıldığı barədə mətbuata dəqiq məlumat verən olmayıb. Bu o deməkdir ki, klublar “donuzdan bir tük çəksən qənimətdir” düşüncəsi ilə pul davasına çıxır. Ona görə kül olur futbolumuzun başına.

Xülasə!!! Son olaraq deyəcəyim budur ki, klublarımızı uğur qazanan görmək istəyiriksə ilk olaraq bu işi bilən bacarıqlı rəhbərlik olmalıdır.

İkinci məsələ isə, bu rəhbərin işini irəli apara biləcək professional məşqçi olmalıdır. Rəhbərin sözü ətrafında məmurlara, məşqçinin sözü də futbolçulara qanun olmalıdır. Bu iş yalnız belə gedər, vəssalam.

P.S. Bu arada dünən “Qarabağ” klubu bütün Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinin oyununda qalib gəlməklə Azərbaycanda futbola azarkeşlik edənlərə və hətta etməyənlərə belə özündən danışmağa vadar etdi. Uğurların davamlı olması arzusu ilə...   

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.