festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak edəcəklər.
Beynəlxalq festivalın açılış mərasiminin 12 noyabrda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilməsi, 13-17 noyabrda Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulur.
I Beynəlxalq Aşıq Festivalı 25-30 oktyabr 2010-cu il tarixlərində Heydər Əliyev Fondunun himayəsi altında keçirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib.