Fərqli məkanlarda keçirilən konsertlər maraq və coşqu ilə qarşılanıb.
Əllərindəki plakatlarla səhnədəki azərbaycanlı musiqiçi heyətə çağırış edən festival izləyiciləri repertuardan artıq ifa dinləmək imkanı qazanıb.
Sonuncu konsert daha yaddaqalan olub. Qocaq Əsgərovu və onu müşayiət edən (tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov) musiqiçiləri daha geniş publika izləyib.
Şanxayın ən iritutumlu konsert məkanlarından birində ilk dəfə səslənən Aəzrbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyadan ən sayılıb-seçilən nüfuzlu şəxslər dinləyib.
Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı olub.
Daha sonra “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnıları səsləndirilib. Konsertlər zamanı Q.Əsgərovun diskləri satışa çıxarılıb.
Qoçaq Əsgərovun festival çərçivəsində konsertləri yerli telekanallar vasitəsi ilə işıqlandırılıb. Eyni zamanda xanəndə festivaldan kənar, ayrıca konsertlər vermək üçün təkliflər alıb.