Xəbərlər

“Qurd dərəsi”nin sakinləri niyə sənəd ala bilmirlər: Kimdir günahkar?!
24 oktyabr, 2014 12:42

Sumqayıt şəhər, Novxanı bağları, “Qurd dərəsi” massivində yaşayan sakinlərdən biri, uzun müddət müəllim işləyən, Qarabağ veteranı, 2-ci qrup əlil Tofiq  Cəfərovdeyib:

“Qurd dərəsi” massivində yerləşən 300-dən çox bağ evinə sənəd almaq mümkün deyil. Bu da bağların üzərindən çox təhlükəli, hər an qırılma ehtimalı olan yüksək gərginlikli elektrik xəttinin keçməsi ilə əlaqədardır”.

Şikayətçi deyir ki, bu xəttin istifadə müddəti neçə illərdir bitib, amma hələ də işləyir.

Onun sözlərinə görə, bu işlə məşğul olan qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq,  nəticə əldə olunmayıb.

“Müraciət etdiyimiz yerlərdən bizə bildiriblər ki, bu xətlər yığışdırılacaq, ya başqa yerlərə köçürüləcək, ya da yerin altı ilə keçəcək.

Yalnız xətlər yığışdırıldıqdan sonra sənəd (kupça) veriləcək. Sonuncu müraciətimizin üstündən 5-6 il keçməsinə baxmayaraq, hələ də bir iş görülmür. Hazırda 300-dən çox həyət, bağ evləri bu xətlərin altındadır.

Neçə illər işləyib olmazın əziyyətlərlə, dişimizlə-dırnağımızla bağ düzəldib ev tikmişik. Lakin bu evlərə sənəd ala bilmirik. Mən özüm Qarabağ müharibəsi əliliyəm. Bütün sağlamlığımı döyüşlərdə itirmişəm. Amma bu gün başımın üstündəki damımı sənədləşdirə bilmirəm”, -Qarabağ veteranı bildirib.  

Şikayətlə bağlı müraciət etdiyimiz bütün  qurumlar isə məsələdən xəbərsizdirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə ev tikilməməlidir:

“Əgər ev tikilirsə, ona sənəd verilmir. Gərginliyin altındakı evlərə sənəd verilməsi mümkün deyil. İnsanlar təhlükəli ərazilərdə ev tikirlər, sonra isə bu cür problemlər yaranır. Tikməmişdən əvvəl bu barədə fikirləşməlidirlər. Hər şeydən əvvəl onların həyatları təhlükədədir. O evlərə sənəd verilməsi üçün “Azərenerji” ölçü aparmalıdır. Əgər təhlükəli zonada deyilsə, sənəd verilə bilər”.

İcra Hakimiyyətinin nümayəndəsi yalnız “Azərenerji”dən məktub gətirilərsə, sənədləşdirilə biləcəyini qeyd edib.

Şikayətçi Tofiq Cəfərov isə deyir ki, onun evi təhlükəli zonadan 10 metr aralıda yerləşir.

Qanuna görə isə yüksək gərginlikli zonadan 15 metr aralıda yaşamağa icazə verilir.

Əraziyə cavabdeh olan “Azərenerji”nin “Bağlar Elektrik Şəbəkəsi”  xətlərin köhnə olmasını qəbul etmir. Şəbəkədən bildirilib ki, 2 il əvvəl “Azinko” şirkəti əraziyə yeni xətlər çəkib, dirəklər, naqillər dəyişdirilib:

“Ancaq müəyyən ərazilərdə işlər qalıb ki, onlar da tədricən dəyişdirilir. Xətlərin qırılmaması üçün daim yoxlamalar aparırıq”.

Xətlərin yerin altı ilə keçməsi məsələsinə gəlincə isə Şəbəkədən bildirilib ki, bu məsələ Baş İdarənin səlahiyyətlərinə daxildir, şəbəkənin bunun üçün qüvvəsi və materialı da yoxdur.

“Biz daha kiçik məsələlərə baxırıq. Qlobal məsələni şəbəkə özü həll edə bilməz. Bizə müraciət olunanda gücümüz daxilində bütün işləri görürük, müraciəti heç vaxt nəzarətsiz qoymuruq. Bizə isə hər hansı müraciət daxil olmayıb”, - Şəbəkədən bildirilib.

Burada da İcra Hakimiyyətində olduğu kimi problemin yaranmasında sakinləri təqsirkar bilirlər. Şəbəkədən qeyd olunduğuna görə, sakinlər özləri yolları daraldaraq öz bağlarına qatıblar, hərəkəti məhdudlaşdırıblar və təhlükəli zonaya yaxınlaşıblar.

“Azərenerji”ASC-dən isə məsələdən xəbərsiz olduqlarını, lakin araşdıracaqlarını bildirdilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.