Dövlət Statitika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə heyvandarlıq məhsulları istehsalı 3 faiz çoxalıb, bitkiçilik məhsulları istehsalı isə 9 faiz azalıb.
Kənd təsərrüfatı sahəsində kənd əməkçiləri bu dövrdə tarlalardan ilkin çəkidə 2338.3 min ton taxıl (qarğıdalı daxil olmaqla), 808.9 min ton kartof, 1125.0 min ton tərəvəz, 532.4 min ton meyvə və giləmeyvə, 439.9 min ton bostan məhsulları, 106.1 min ton üzüm, 20.4 min ton pambıq, 404.2 ton yaşıl çay yarpağı, 2.2 min ton tütün, 29.1 min ton şəkər çuğunduru, 19.8 min ton dən üçün günəbaxan toplanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən üçün günəbaxan istehsalı 11.8 faiz, bostan məhsulları istehsalı 2.9 faiz, üzüm istehsalı 1.7 faiz, meyvə və giləmeyvə istehsalı 0.4 faiz artıb, dənli bitkilərin istehsalı 19.3 faiz, kartof istehsalı 17.8 faiz, tütün istehsalı 16.2 faiz, şəkər çuğunduru istehsalı 16.0 faiz, çay istehsalı 14.8 faiz, tərəvəz istehsalı isə 1.1 faiz azalıb.
İri buynuzlu mal-qaranın baş sayı 2721.4 min başa, qoyun və keçilərin baş sayı isə 8767.5 min başa çatıb, bu dövrdə 324.9 min ton diri çəkidə ət, 1416.3 min ton süd, 1164.2 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal edilib. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1.5 faiz, süd istehsalı 3.6 faiz, yumurta istehsalı 11.6 faiz, yun istehsalı 1.5 faiz artıb.