Görüş saat 16:00-da Park Bulvar “Əli və Nino” mağazasında baş tutacaq.
Bildirək ki, yazarın ilk “Mənim lənətlənmiş dünyam” kitabı rus və azərbaycan dillərində işıq üzü görüb. Qısa bir zamanda gənclər arasında sevilən bu kitab eyni zamanda RECLİFE şirkəti ilə müqaviləyə əsasən ABŞ və Avropada da oxuculara təqdim olunub. Yazıçının növbəti “Onu sevməyə məhkumam” kitabı satış liderlərindən birinə çevrilib.
Bir neçə ay öncə yazıçı növbəti “Qullar” kitabını rus və azərbaycan dillərində oxucularına təqdim edib. Təqdimatda 400-ə yaxın oxucu, jurnalist, publisist və televiziya nümayəndələri iştirak edib.
“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli müsahibəsi zamanı Ziya Səfərbəyovu kitabları ən çox oxunulan yazıçıların sırasına daxil edib.