Federasiya prezidenti Himalay dağında ölən azərbaycanlı alpinist üçün Nepala getdi
23 oktyabr, 2014 10:48
Nepal mətbuatı 42 yaşlı azərbaycanlı alpinist Murad Aşurlunun Himalay dağlarında hündürlüyü 6 min 856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olduğunu yazıb.
Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov açıqlamasında M.Aşurlunun öldüyünü təsdiqləyib. Lakin o, hadisənin hansı şəraitdə baş verməsinin hələlik məlum olmadığını deyib:
“Federasiyamızın prezidenti İsrafil Aşurlu hadisə ilə əlaqədar Nepala gedib. Hadisənin hansı şəraitdə baş verdiyini yalnız o qayıdandan sonra deyə bilərik”.
Qeyd edək ki, M. Aşurlu Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.