Xəbərlər

Terrorçular Kanadanı bir-birinə vurdu: ölən və yaralananlar var
23 oktyabr, 2014 10:44

BBC-yə istinadən xəbər verir ki, ilk olaraq naməlum şəxs milli hərbi abidə yaxınlığında atəş açıb.

O, daha sonra ölkə parlamentinin binasına daxil olaraq bir neçə atəş də orada açıb. 

Hadisə şahidlərinin sözlərinə görə, silahlı kişi hərbi abidə yaxınlığında keşik çəkən hərbçiləri hədəf alıb. Atışma zamanı bir hərbçi yaralanıb. O daha sonra aldığı güllə yaralarından keçinib. Bu barədə öz "Tvitter"də Kanadanın məşğulluq naziri Ceyson Kenni yazıb.

Kenni həmçinin bildirib ki, parlamentin mühafizə xidmətinin əməkdaşlarından biri də yaralanıb. 

Daha bir xəbər isə Ottavanın mərkəz hissəsində yerləşən “Rido” ticarət mərkəzindən gəlib. Orada üçüncü silahlı insidentin qeydə alındığı bildirilir. 
Kanadanın CBS teleşirkətinin məlumatına görə, parlamentdə atəş açan şəxs öldürülüb.

Polis insidentlərdə bir neçə nəfərin iştirak etdiyini və digər şübhəlilərin axtarışda olduğunu qeyd edib. 

Hazırda parlament binası və ona yaxın ərazilər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

ABŞ insidentlə əlaqədar olaraq Kanadadakı səfirliyini müvəqqəti olaraq bağlayıb. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.