Şəmkir və Litvanın bir şəhərinin qardaşlaşması üçün Niyyət Protokolu imzalanıb
23 oktyabr, 2014 10:40
Sənədi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskas imzalayıblar.
Bildirilib ki,ölkəmizin regionları arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi ümumilikdə ölkələr arasında münasibətlərin dərinləşdirilməsinə imkan verəcək. Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması bu prosesə mühüm bir töhfə olacaq.
“Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokoluna əsasən, gələcəkdə Şəmkir vəŞaulyay şəhərləri arasında qarşılıqlı əlaqələrin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.