Boksçu hakimi bir yumruqla yerə sərdi
22 oktyabr, 2014 12:47
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xorvatiyada keçirilən gənclərin boks üzrə Avropa Çempionatında xorvat boksçu Vido Lonkar məğlubiyyəti həzm edə bilməyib.
Rəqibinə məğlub olan Vonkar əsəbini polşalı hakim Maqej Yurqotdan çıxıb.
O hakimin çənəsinə bir yumruq endirərək yerə yıxıb. Daha sonra üstünə çıxaraq yumruqlamağa davam edib.
Kənardakılar tez rinqə daxil olaraq hakimi boksçunun əlindən alıblar.
Məsələ Beynəlxalq Boks Federasiyasının və Xorvatiya Boks Federasiyasının gündəliyinə çıxarılıb. Vonkara uzunmüddətli cəzanın veriləcəyi gözlənilir.