Xəbərlər

Şəhərimizi korlayan “saqqallı uşaqlar”
22 oktyabr, 2014 12:43

Bütün bunlar şəhərimizin gözəlliyinə gözəllik qatan vasitələrdir.

Şəhərimizə turistlər gələndə belə gözəllikləri görüb ölkəmiz haqqında müsbət rəy formalaşdırırlar.

Bu şəhər, bu ölkə yaxşısıyla pisiylə, yenisiylə köhnəsiylə bizimdir. Siyasi düşüncəsindən, savadından, irqi və dini mənsubiyyətindən asılı olmayaraq əgər bu ölkədə yaşayırıqsa onu qorumalıyıq, gözəlləşdirməyə çalışmalıyıq. Əgər bunu bacarmırıqsa heç olmasa gözəlliklərə ziyan vurmamalıyıq.

Əfsuslar olsun ki, bu barədə çox yazılar yazılsa da, tənqidlər edilsə də müsbət mənada çox az dəyişikliyin şahidi oluruq. Şəhərin hansı yerində olursa olsun üstü yazılaraq korlanmış divarlara rast gəlirik. Biri sevgi etirafı edir, biri zibili atanı söyür, biri sayt reklamı edir. Bir sözlə hərə bir məqsəddən ötrü bu divarlardan istifadə edir.

Bu eə bir məsələdir ki, həmin divarları yazanları hansısa inzibati cəza metodu ilə cəzalandırmaqla problemi həll etmək olmur. Çünki, birini cəzalandıracaqsan başqa biri bunu edəcək. Bu ailədən, orta məktəbdən, univeristetdən və ətraf mühitdən asılıdır.

İnsanlar bir-birini öyrətməli və başa salmalıdır. Bunu edənlərə qarşı ictimai qınaq mexanizmlərinin gücünü artırmaq lazımdır. Əgər ki, bunları görməməzlikdən gəlsək, “mənə nə, edirsə etsin” deyərək məsuliyyətdən boyun qaçırsaq onda bu problemlər daha da çoxalacaq.

Unutmaq lazım deyil ki, bu gün şəhərin müxtəlif yerlərində gözəlliklərə ziyan şəxslər sabah da mənim, sənin, onun evinə, iş yerinə ziyan vura bilər.

Məsələyə bir də siyasi şəxsin mövqeyindən baxaq.

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Gün.Az-a açıqlamasında bildirdi ki, ölkədəki tarixi abidələr dövlət tərəfindən qanunlarla qorunur və əgər onlara “saqqallı uşaqlar” tərəfindən ziyan vurulursa, həmin şəxslər qanun qarşısında məsuliyyət daşıyır:

“Mən əminəm ki, bunu ağlı başında olan vətəndaş etmir. Bunlar daha çox uşaqların və yeniyetmələrin “əl işləridir”. Müvafiq icra hakimiyyətləri, polis orqanları belə hallara qarşı nəzarəti gücləndirsələr problemin qarşısı müəyyən qədər alınmış olar.

Amma bu da kifayət deyil. Çünki, hər hansı bir məsələ ilk olaraq maarifləndirmədən başlayır. İnsanların şüurunda dəyişiklik etmək üçün maarifləndirmə vasitəsindən istifadə etmək lazımdır”, - deyə Jalə Əliyeva vurğulayıb.

Millət vəkili sözlərinə əlavə edib ki, maarifləndirmənin təşkilində məktəbin, ailənin, cəmiyyətin hər bir fərdinin üzərinə böyük rol düşür. Onun sözlərinə görə, telekanallar da bu məsələdə həssas olmalı və cəmiyyəti maarifləndirməlidir:

 “Biz özümüz ölkəmizin, vətənimizin gələcəyinə ziyan vura biləcək hər hansı bir addımı gördüyümüz zaman biganə olmamalıyıq. Əks halda heç kim bunu bizim yerimizə etməyəcək”.

Məlumat üçün bildirək ki, dünyada qrafiti deyilən incəsənət nümunəsi var. Belə ki, bu işlə məşğul olan şəxslər şəhərin müxtəlif yerlərində rəngbərəng boyalarla divarlar üzərində gözəl rəsmlər çəkirlər. Bunu adətən pis görünən, çatlamış, nisbətən köhnəlmiş və yazılaraq korlanmış divarların üzərində edirlər ki, gözü oxşayan görüntü ortaya çıxsın. Amma görünən budur ki, Azərbaycanda bu tərsinədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.