Polşa Ermənistanda hərbi zavod inşa edib
22 oktyabr, 2014 12:36
Polşanın “Defence24” hərbi portalına istinadən xəbər verir ki, zavod həmçinin yanğından mühafizə, sərhəd və digər xidmət orqanları üçün maskalayan örtülər, silah maketləri, dəbilqələr, zirehli gödəkcələr və digər məhsullar istehsal edəcək.
Oktyabrın 16-da baş tutan açılış mərasimində “Grupa Lubawa” şirkətinin nümayəndələri, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Polşanın Ermənistandakı səfiri və digər yüksək çinli məmurlar iştirak ediblər.