ABŞ-dan Azərbaycana idxal 59% artıb
22 oktyabr, 2014 12:34
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məbləğin 449,782 milyon dolları ixracın, 437, 985 milyon dolları isə idxalın payına düşüb.
İlin doqquz ayında Azərbaycanın ABŞ-a ixracı 40% azalıb, ABŞ-dan idxalı isə 59% artıb.
Hesabat dövründə ABŞ Azərbaycanın ticarət tərəfdaşları arasında səkkizinci olub. Bu ölkə ilə ticarətin həcmi ümumi ticarət dövriyyəsinin 4%-ni, ixrac ümumi ixracın 2,59%-ni, idxal isə 7%-ni təşkil edib.
Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Azərbaycanın ticarət dövriyyəsinin həcmi 23 mlrd. 878 mln. 861 min dollar təşkil edib ki, bunun da 17 mlrd. 356 mln. 824 min dolları ixracın, 6 mlrd. 522 mln. 036 min dolları isə idxalın payına düşüb.