Naftalan və Goranboyun inkişafına 4 milyon ayrıldı
21 oktyabr, 2014 10:21
Prezidentin qərarına görə, Naftalan və Goranboy şəhərlərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə bu şəhərlərin icra hakimiyyətlərinin hər birinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan müvafiq olaraq 2 milyon manat ayrılıb.
Qərarda bildirilir ki, Maliyyə Nazirliyi bu sərəncamların 1-ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.