Xəbərlər

Pəhləvanlarımız 3 medal qazandı
21 oktyabr, 2014 10:19

Azərbaycan Güləş Federasiyasından (AGF) Gün.Az-a verilən məlumata görə, Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb.

Turnirdə iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq_və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib.

Bürünc medalı isə, yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb.

65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkidə təmsilçimiz Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.