Xəbərlər

Güləşçilərimiz dünya reytinqində yuxarı pillələrdə yer aldı
21 oktyabr, 2014 10:18

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb.

Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir.

Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.

Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır.

Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir. 

Yunan-Roma güləşi 

59 kq

12. Taleh Məmmədov (13)

66 kq

7. Həsən Əliyev (2)

71 kq

3. Rəsul Çunayev (2)

75 kq

5. Elvin Mürsəliyev (6)

11. Rafiq Hüseynov (7)

80 kq

17. Emin Əhmədov (nr)

85 kq

2. Saman Təhmasibi (9)

98 kq

19. Şalva Qadabadze (7)

130 kq

15. Sabah Şəriəti (14) 

Sərbəst güləş

57 kq

9. Əhmədnəbi Qvarzatilov (3)

61 kq 

1. Hacı Əliyev (1)

65 kq 

18. Məhəmməd Müslümov (12)

70 kq 

7. Ruslan Dibirhacıyev (2)

74 kq 

9. Cəbrayıl Həsənov (2)

11. Əşrəf Əliyev (nr)

86 kq 

6. Həmzət Osmanov (8)

97 kq 

2. Xetaq Qazyumov (3)

11. Şərif Şərifov (6)

125 kq 

10. Əli İsayev (7)

12. Aslan Dzebişov (15)

Qadın güləşi

48 kq

4. Mariya Stadnik (1)

58 kq

13. İrina Netreba (7)

60 kq

2. Yuliya Ratkeviç (1)

69 kq

13. Nadya Sementsova (nr)

Qeydək ki, mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.