“Total” şirkətinin prezidenti təyyarə qəzasında ölüb
21 oktyabr, 2014 10:12
“İnterfax”a istinadən xəbər verir ki, qəzaya səbəb təyyarənin qar təmizləyən maşınla toqquşması olub.
Hadisə nəticəsində dörd nəfər, şirkət prezidenti, təyyarədə olan daha üç nəfər həlak olub.
Kristof de Marjerin ölüm faktını “Vnukovo” aeroportnun nümayəndəsi və “Total” şirkətindən təsdiqləyiblər.
Məlumata görə, təyyarə Moskvadan Parisə uçurmuş. Qəzanın ilkin səbəbi kimi havanın dumanlı olmasını göstərilir. “Vnukovo” aeroportu artıq öz işini bərpa edib..
Hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb.