Bu barədə Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.
O cümlədən, diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılmasıı ilə bağlı xərclər üçün 58,4 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20,0mln. manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132,0 mln. manat vəsait proqnozlaşdırılıb.
Həmin vəsaitin 100,0 mln. manatını Azərbaycan Respublikası tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32,0 mln. manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.
2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60,0 mln. manat vəsait nəzərdə tutulub.