Xəbərlər

Türkiyəli opera ifaçısı Bakıda konsert verdi
20 oktyabr, 2014 10:10

Oya Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirib, ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib. Musiqinin insanları bir-birinə yaxınlaşdırdığını deyən məşhur ifaçı Azərbaycanda belə bir incəsənət bayramının təşkilinin onu sevindirdiyini xüsusilə vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinə konsertin ərsəyə gəlməsinə görə minnətdarlığını bildirən Oya Ergün öz ifası ilə dünyaya səs salan əsərlərini Azərbaycan tamaşaçılarına təqdim edib.

Musiqi axşamında tanınmış ifaçını Türkiyənin məşhur caz ustası Evrim Demirel Ensemble, kamançada Munis Şərifov müşayiət edib.

“Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qalacaqlar”, - deyə, Oya Ergün bildirib.

Oya Ergün və Evrim Demirel Ansamblı Amsterdam Konservatoriyasında birlikdə təhsil alıblar. E. Demirel, eyni zamanda, bəstəkar kimi də fəaliyyət göstərir. Demirel yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.