Xəbərlər

AzərTAc-ın fotomüxbiri VII Daşkənd Beynəlxalq Fotobiennalesinin qalibi olub
17 oktyabr, 2014 10:18

İlqar Cəfərov “Qəlbin harayı və ya itirilmiş uşaqlıq” silsilə  fotoşəkillərinə görə  “Ən yaxşı sənədli fotoşəkil silsiləsi” nominasiyasında  qızıl medala layiq görülüb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesinə təqdim olunan 10 fotoşəklin  hamısı   müharibə illərində  Dağlıq Qarabağ zonasında çəkilib.  Bu fotoşəkillərdə erməni işğalçıları ilə  hərbi münaqişəyə cəlb olunan Azərbaycan xalqının  ağrı-acısı əksini tapıb, təcavüzkar Ermənistanın  əsassız ərazi iddialarının qurbanlarına çevrilən qadınlar və  uşaqlar təsvir olunub.

Qeyd edək ki, Azərbaycanın daha bir neçə nümayəndəsi  beynəlxalq biennalenin qalibi olub. Rusiyalı Məsut Fatkulinin sədrlik etdiyi, İspaniya, Özbəkistan, Almaniya, İngiltərə, Fransa nümayəndələrinin təmsil olunduğu  münsiflər heyəti  “Ən yaxşı sənədli fotoqrafiya” nominasiyasında  birinci yerə  Azərbaycandan olan fotoqraf  Zemfira Mahmudovanı layiq görüb.

Bu nominasiyada üçüncü yeri də Azərbaycan  təmsilçisi Arzu Mürvətova tutub.

Birinci yerlərin sahibləri qızıl medal və diplom, üçüncü yerin sahibi isə  bürünc medal və diplom ilə mükafatlandırılıb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesi Özbəkistanın  bir sıra nazirlik və idarələrinin  dəstəyi ilə bu ölkənin Rəssamlar İttifaqı tərəfindən təşkil edilib.

Bu il “Paralellər. İllüziya və reallıq” adı altında keçirilən müsabiqəyə dünyanın 32 ölkəsindən fotoqraflar öz yüksək bədii keyfiyyətli fotoşəkillərinin ən yaxşı nümunələrini təqdim ediblər. 

Səkkiz meydançada keçirilən  fotobiennaledə  tamaşaçılar  həm xarici,  həm də  yerli fotoobyektiv ustalarının ekspozisiyası ilə tanış olublar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.