İlk öncə terrorçu-kamikadze içində olduğu avtomobili Talibiyyə rayonundakı hərbi blokpostda partladaraq 9 nəfərin həyatına son qoyub.
45 dəqiqədən sonra Bağdadın şərqində yerləşən Əl-Davlay rayonunda iki maşın partladılıb. Burada 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bir neçə dəqiqədən sonra şiələrin yaşadığı Əş-Şaula rayonunda beş minaatan mərmisinin partladılması nəticəsində 5 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Nəhayət sonuncu partlayış Hürriyə rayonunda baş verib ki, bu da 6 nəfərin həlak olması və 14 nəfərin yaralanması ilə nəticələnib.
Hələ ki, heç bir qruplaşma terror aktları ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, partlayışların arxasında “İraq-Şam İslam Dövləti” sələfi-vəhhabi terror qruplaşmasının durduğu ehtimal edilir