Xəbərlər

Azərbaycanın qeyri-neft ixracının 32%-i Rusiyaya olub
17 oktyabr, 2014 10:11

İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və s. sahələrdə fəaliyyət göstərən 100-dək şirkətin nümayəndəsi iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrini inkişaf etdiyini qeyd edib.

“İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dən çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib”.

O qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

“Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 2.6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracının 32%-i Rusiyanın payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır”. 

Sankt-Peterburq şəhərinin qubernatorunun müavini Vladimir Lavlensev iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əməkdaşlığı daha da genişləndirməyə dəvət edib.

Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.