Xəbərlər

Berndə Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb
16 oktyabr, 2014 10:46

İsveçrədəki səfirliyindən verilən məlumata görə, Bern şəhərində açılan sərgi Azərbaycanın müstəqillik gününə həsr olunub.

16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditasiya olunmuş diplomatik korpusların, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı sərginin açılışında ölkələr və xalqlar arasında əlaqələrin inkişafında belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin, xüsusilə, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində müstəsna rol oynadığını bildirib.

Qeyd edək ki, buna kimi ölkəmizin gənc rəssamlarının sərgiləri Sofiya, Brüssel, Vyana, Paris, Roma, London, Milan və Budapeşt şəhərlərində təşkil olunub və hazırkı sərgi sayca onuncudur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.