Bu ilin oktyabr ayından hər gün 1000-dən çox şagird “Park Cinema”da pulsuz olaraq yeni cizgi filmlərini izləmək imkanı qazanacaq.
Bu imkan Bakının məktəblərində uğur qazanan və ictimai fəal şagirdlərə aid edilir. Bu aksiya ictimai məsuliyyət çərçivəsində keçirilir və Bakı məktəblərində təhsil alan şagirdlərdə təhsilə olan həvəsi artırmaq üçün yaradılan kommersiya və ictimai sektorun əməkdaşlığının bariz nümunəsidir. Bu, “Park Cinema” və Təhsil Nazirliyi arasında olan ilk layihə deyil, belə ki, başlanğıc layihə bu ilin mart ayında keçirilib.
Kinoteatr şəbəkəsinin rəhbərliyi gələcəkdə də təhsil və əyləncə sektorunun əməkdaşlığına yönəlmiş irimiqyaslı layihələrin keçirilməsi və Bakı şəhərinin ictimai həyatın dada fəal iştirakının tərəfdarıdır.
Ölkənin ilk yeni nəsil kino şəbəkəsi “Park Cinema” 2010-cu il oktyabr ayının 16-da fəaliyyətə başlayıb.
Qeyd edək ki, şəbəkə hazırda 3 kinoteatr, 13 otaq və 2200-dən artıq oturacaqlardan ibarətdir. Tezliklə Zaqulbada yeni kinoteatrın və möhtəşəm Alov Qüllələrində isə Azərbaycanda çoxdan gözlənilən və ilk dəfə IMAX formatında olan kinoteatrın açılışı gözlənilir.
“Park Cinema” kinoteatr şəbəkəsi kinoproyeksiya sahəsində dünyasının ən aparıcı markalarının texnologiya və avadanlıqlarından istifadə edib.
Kinoteatr şəbəkəsi və repertuarı haqqında ətraflı məlumatı www.parkcinema.az rəsmi saytından və Facebook sosial şəbəkədə olan səhifədən ala bilərsiniz.