Xəbərlər

İlham Əliyev Pirallahıda abadlıq-quruculuq işləri ilə tanış olub
15 oktyabr, 2014 11:55

 Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. 

Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir. 

Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub. Bu işlər, eyni zamanda, məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək.

İlham Əliyev həmçinin Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işlərinə də baş çəkib.

Yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək. 

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonra dövlət başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış oldu. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq. 

Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.