Xəbərlər

Rəşad Sadıqov Azərbaycan xalqından üzr istədi
15 oktyabr, 2014 11:51

Xorvatiya ilə oyunda avtoqola imza atan millimizin kapitanı Rəşad Sadiqov bu biabırçılığa görə futbol ictimaiyyətindən üzr istəyib.

Milli komanda Xorvatiya səfərindən başı aşağı, boynu bükük döndü. Təsadüfi deyil ki, yığma üzvləri sürətlə bizdən aralanmağa çalışırdı. Elə qapısında 6 qol görən Kamran Ağayevin deməyə söz tapmadı.

Buna baxmayaraq batan gəmini axırıncı tərk edən kapitan danışmağa özündə cəsarət tapdı.

“Xorvatiya oyununa görə bütün Azərbaycan xalqından, futbol ictimaiyyətindən üzr istəyirəm, İmkan olsaydı Bakıya gəlməzdim. İşimiz budur məcburuq, qayıdıb gələk, işimizə davam edək” – deyə milli komandanın kapitanı Rəşad Sadıqov qeyd edib.

Xatırladaq ki, oktyabrın 13-də səfərdə Xorvatiya yığmasına qarşı oynayan Azərbaycan millisi 0:6 hesabı ilə məğlub olub.

Milli komanda Avro 2016-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu noyabrda doğma divarlar arasında Norveçə qarşı keçirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.