Xəbərlər

Azarkeşlər meydana helikopterlərlə bayraq endirdi, dava düşdü
15 oktyabr, 2014 11:49

AVRO-2016-nın seçmə mərhələsində üz-üzə gələn Serbiya – Albaniya matçı yarımçıq dayandırılıb.

Paytaxt Belqradda Bakı vaxtı ilə 23:45-də start verən görüş 41 dəqiqə oynanılıb. Buna səbəb isə əvvəlcə qonaq komandanın azarkeşlərinin, daha sonra isə ev sahibi komandanın azarkeşlərinin davranışı olub.

Belə ki, UEFA-nın da ən təhlükəli oyunu adlandırdığı qarşılaşmanın ilk yarısının sonunda rəqib komandanın fanatları helikopterlə ölkələrinin bayrağını meydana endiriblər. Daha sonra ev sahiblərinin futbolçusu bayrağı qopartmağa çalışıb. Bu zaman alban və serb oyunçuları arasında gərgin anlar yaşanıb. Serbiyalı fanatlar isə meydana yanan maddələr ataraq, Albaniyadan olan futbolçuları döyməyə çalışıb.

Buna görə də görüşün İngiltərədən olan baş hakimi Martin Atkinson matçı dayandırıb.

Qeyd edək ki, hazırda yarımçıq dayandırılan oyunda hesab açılmayıb. Albaniya yığmasının heyətində “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli də meydana çıxıb. Gərgin keçən matçın 34-cü dəqiqəsində Ağdam klubunun futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, Kosova məsələsi üzündən serblərlə albanlar arasında gərgiqlik uzun illərdi davam edir. Bunun üçün də UEFA Belqrada qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. Lakin minlərlə alban Serbiyanın paytaxtına yollanıb. Matçın başlama saatından əvvəl şəhərdə bir neçə toqquşma baş verib. Polis Belqradı tamamilə nəzarətə götürmüşdü.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.