Xəbərlər

Əvvəlcə məktəblini vurdu, xəstəxanaya gedərkən daha bir qəza törətdi
15 oktyabr, 2014 11:46

Şəhər sakini Əhmədov Şaiq Həmid oğlu idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən 10 yaşlı piyada Rəsulov Rəsul Zaur oğlunu vurub. Yaralıya ilk yardımı göstərən də avtomobilin sürücüsü olub. Şaiq Əhmədov ağır bədən xəsarətləri alan məktəbli uşağı maşına qoyaraq xəstəxanaya tez çatdırmaq istəyərkən avtomobili yenə də sürətlə idarə edib və hadisə yerindən 400 metr aralıda maşını qarşı tərəfdən gələn Əsgərov Yolçu Rüstəm oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşına çırpıb.

Bu avtoqəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şaiq Əhmədov yaralı uşağı tez bir zamanda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdıra bilib. Toqquşma zamanı “VAZ-2107”nin sürücüsü Yolçu Əsgərov da xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, 4-cü sinif şagirdi Rəsul Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.