Adanın mövcudluğunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin Admiral Vladimirski tədqiqat gəmisi ilə aparılan hidroqrafiya ekspedisiyası da təsdiq edib.
Onların məlumatına görə, ada əvvəllər ölkənin hidroqrafik xəritələrində qeyd olunmayıb.
Ada ilk dəfə 2013-cü ilin sentyabrında kəşf olunub, 23 sentyabr 2014-cü il tarixində isə ora ilk insan ayağı dəyib. Ada “Yaya” adlandırılıb. Tarixçi-coğrafiyaşünas Sergey Rıji adın mənşəyini belə izah edib:
“Ada aşkar olunduqdan sonra, əvvəlcə onu Baunti adlandırmaq qərara adındı. Çünki cizgilərindən o reklamdakı şokolada çox bənzəyirdi. Lakin sonra onu kimin birinci aşkar etdiyini müəyyən etməyə başlayanda, hamı bir ağızdan dedi: “Ya, ya, ya!”. Sonda ada elə “Yaya” adlandırılıb.
Adanın hündürlüyü təqribən 1 metr, sahəsi isə 500 kvadrat metrdir.