Xəbərlər

İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvünü qəbul edib
14 oktyabr, 2014 09:43

Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd etdi.

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığımızın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirdi.

Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verdiyini dedi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.