Xəbərlər

Leyla Əliyeva: "Dost bir olar, ya iki"
14 oktyabr, 2014 09:39

(Друзья)

Dost bir, ya iki-
Bunu deyib aqillər. 
Dünyaya gələn gündən, 
“Sən dost qazan” deyiblər. 

Qəm-qüssəyə batanda, 
Dostlar çatıblar dada; 
Qısalar yaman günlər, 
Dost çatarsa haraya... 

Ey dostum, şəkk eyləmə 
dostunun dostluğuna; 
Şübhə dediyin şeyin 
sonu yoxdur dünyada... 

Qəhqəhə çək, qəlbən gül, 
Lap dişlərin ağarsın, 
Təki ürəklərdəki, 
Şübhələri dağıtsın... 
Dost sənə həsəd çəkir, 
Yalan-palan danışır? – 
İndi onu görməyə 
Heç sən də şad deyilsən 

amma bunu da bil ki, 
O da düşünür elə. –
Elə hey gileylənir: 
“Suçun böyüyü səndə”... 

Axşam televizora, 
baxırsınız birlikdə, 
Onda böyük ekrandı, 
Kiçik ekranlı səndə... 

Ancaq sənin yerin başqadır-başqa, 
Altında kreslo, yerinsə başda... 
Əsası odur ki, birgəsiz-birgə 
Qəm-qüssə yox olar gülsəniz birgə. 

Maşında əylənin lap səhərəcən, 
Vay, problem çıxdı: 
“Bu nə deməkdir? 
sükan dostumdadır, 

məndə olsaydı...” – 
Tacın olmasa da, özünü şah say, 
Ağayana otur, qaldırma haray... 
Futbol oynayırsız stadionda, 

Ayağın sınsa da, topa yiyələn..! 
amma görəndə ki, dost pərişandır, 
Həyatda axsayır, sənə möhtacdır 
Əlindən bərk yapış, sən yanında qal. 

Dost bir olar, ya iki, 
Dostluğa dəyər verək, 
Şad-xürrəm yaşamaqçun, 
Hər bir kəsə dost gərək. 

Heyif ki, bu həyatda, 
Bir şeyin əlacı yox – 
Ürəklərdə yurd salan, 
Xıltı silib süpürmək, 
Şəkk-şübhəni yox etmək... 

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.