Robbi Kin Hakan Şükürü geridə qoydu
13 oktyabr, 2014 09:33
“Los-Anceles Qalaksi”nin 34 yaşlı forvardı qitə birinciliyinin seçmə yarışlarında vurduğu qollarının sayını 21-ə çatdırıb.
Kin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasını darmadağın (7:0) etdikləri matçda het-trikə imza atıb. Bu görüşə qədər isə 18 dəfə fərqlənən Robbin danimarkalı futbolçu Yon-Dal Tommason və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürdən (19) 1 top geri qalırdı.
Cəbəllütariqlə oyunun 6, 14 və 18-ci dəqiqələrində het-trik edən Kin hər iki hücumçunu arxada qoyaraq, Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardiri ünvanını qazanıb.
Qeyd edək ki, Robbi Kin İrlandiya millisinin heyətində 1998-ci ildə debüt edib.