Xorvatiya Azərbaycanla oyun öncəsi hücumçusunu itirdi
13 oktyabr, 2014 09:32
Sports.ru-ya istinadən xəbər verir ki, Sofiyada bolqarlar üzərində qazanılan 1:0 hesablı qələbədən sonra komanda oktyabrın 13-də Azərbaycanla oyuna hazırlaşmaq üçün Vukovara gəlib.
Otelə gəldikdən sonra, Yelaviç baş məşqçi Niko Kovaçı yığmanı tərk etmək niyyəti barədə xəbərdar edib. Hücumçu niyyətini komandada hazırki vəziyyətin onu qane etməməsi ilə əsaslandırıb.