Çexiya Deputatlar Palatasının üzvləri Azərbaycana səfər edəcək
13 oktyabr, 2014 09:26
Çexiyanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, üç gün davam edəcək səfər zamanı Bakıda bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Çexiyalı deputatlar Milli Məclisin müvafiq komitəsi, Çexiya-Azərbaycan parlamentlərarası qrupun üzvləri, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirləri ilə görüşəcəklər.
Görüşlərdə ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
Nümayəndə heyətinə Çexiya Deputatlar Palatasının sədr müavini Filip Voytex rəhbərlik edəcək.