Sərnişindaşıma bahalaşıb
13 oktyabr, 2014 09:24
Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub.
Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0 faiz ucuzlaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.