Müslüm Maqomayev gəmisi suya buraxıldı
13 oktyabr, 2014 09:23
Gəminin suya salınması mərasimi təmtəraqlı keçib və yerli telekanallar tərəfindən geniş işıqlandırılıb. Uzunluğu 70 metr və eni 17 metr olan gəmi Tasmaniya adasındakı tərsanədə suya salınıb.
İnşası bir il ərzində başa çatmış sürətli gəmi 14 heyət üzvü və 150 sərnişin ilə birlikdə 200 ton yük daşımaq qabiliyyətinə malikdir. Xüsusi istirahət otaqları və VİP kabinələri olan gəmi beynəlxalq standartlara cavab verir.