961-ci ildәn fәaliyyәt göstәrәn və sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan Bakının Nərimanov rayonundakı bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub.
Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında oldu, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət etdi. Leyla Əliyevanın diqqətinə çatdırıldı ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar.
Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.
Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni komyuterlər hədiyyə olundu.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində oldu. Məlumat verildi ki, burada 204 şagird təhsil alır.
Leyla Əliyeva şagirdlərin ifalarını dinlədi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün həmçinin Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə təhsil şəraiti ilə də tanış olub.
Bildirilib ki, 1927-ci ildən fəaliyyət göstərən məktəbdə əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 930 şagird təhsil alır. Onlardan 130-na məktəbdə, qalanlarına isə evlərdə fərdi qaydada dərs keçilir. Məktəbdə Azərbaycan və rus bölmələri var.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla görüşdü, şagirdlərin təhsili ilə maraqlandı.
Xüsusi məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə əsaslı təmir edilib. Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olan Fond onların intellektual inkişafı, yüksək mədəniyyətə malik sağlam vətəndaşlar kimi böyüyüb boya-başa çatmaları üçün mühüm layihələr həyata keçirir. Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyac duyan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir.
268 nömrəli xüsusi məktəbin şagirdlərinə kompyuterlər, dərs ləvazimatları, çantalar hədiyyə olundu.
Leya Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında da olub.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Fond yarandığı ilk gündən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, 50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər.
Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reabilitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər.
Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət etdi. Bildirildi ki, hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.