Xəbərlər

Vaşinqtonda Azərbaycanın regional lider rolu diqqət mərkəzində
09 oktyabr, 2014 09:24

Dünya Ticarət Mərkəzi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ hökuməti, Vaşinqtonda akkreditasiya olunmuş xarici ölkə diplomatları, habelə yerli iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

Ənənəvi qaydada keçirilən tədbirin builki fokusu Cənubi Qafqazda, xüsusilə Azərbaycan, Gürsüstan və Türkiyədə biznes imkanları olub.

Tədbir çərçivəsində, eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyi və Nobel Oil şirkətinin təşkilatçılığı ilə “Şərq Qərblə görüşür: Türkiyə və Cənubi Qafqazda biznes imkanları” başlıqlı konfrans keçirilib.

Konfransı açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanda mövcud biznes imkanlarından, o cümlədən ənənəvi və maliyyə yatırımları üçün böyük potensiala malik sahələr barədə danışıb. O, ölkə iqtisadiyyatında hasilat sənayesinin payının əhəmiyyətli olması ilə yanaşı, ölkənin qeyri-enerji sektorunun inkişafının da prioritet olduğuna diqqəti çəkib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin əsasında “qara qızıl” kapitalının insan kapitalına çevirmək dayandığını bildirib.

İyirmi il bundan öncə - Azərbaycanın müstəqilliyinin ilk dövrlərində, habelə ərazilərinin işğal edilməsi kimi çətin geosiyasi bir dönəmdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin enerji resurslarının Avropa bazarlarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalandığı diqqətə çatdırılıb. Bu müddət ərzində Azərbaycan tərəfinin hər bir imzalanmış müqaviləyə davamlı sadiqliyi və dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi Azərbaycanın iqtisadi uğurlarının əsasında dayandığı vurğulanıb. 20 ildən sonra, bu ilin sentyabr ayında Bakıda Cənubi Qaz Dəhlizinin təməlinin qoyulması Azərbaycanın davamlı olaraq Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin göstəricisi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı Azərbaycanın regional infrastruktur layihələrin reallaşdırılmasında, bununla, regionun müxtəlif bizneslər üçün cəlbediciliyininin təmin edilməsində aparıcı rolu vurğulanıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələri, müxtəlif karqo terminalların mövcudluğu ölkəni biznes nümayəndələri üçün əlverişli məntəqəyə çevirir. İstifadəyə verilməsi 2015-ci ilə gözlənilən BTQ xətti regional yükdaşımanı zamanlama və keyfiyyət baxımından növbəti mərhələyə çıxaracaq. Ələt limanına gəlincə isə limanın Xəzər hövzəsində yükdaşımaları təşviq edəcəyi bildirilib.

Bu xüsusda, regionda turizm və nəqliyyat infrastrukturunun inkişafında daha bir vacib məqam kimi AZAL-ın bu ilin sentyabr ayından Nyu-York şəhərinə birbaşa uçuşlara başlaması göstərilib.

Daha sonra çıxış edən Cons Hopkins Universitinin professoru Mamuka Tsereteli Gürcüstanda iqitsadi və biznes mühiti barədə məlumat verib. O, Azərbaycanın Gürcüstan iqtisadiyyatında oynadığı roldan bəhs edərkən, Azərbaycanı regionun dominant ölkəsi kimi xarakterizə edib. Tikintisi hazırda davam etdirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi layihələrin regional inteqrasiyanın əsasında durduğuna diqqəti çəkən M.Tsereteli, Azərbaycanın bu layihənin reallaşdırılması üçün Gürcüstan tərəfinə maliyyə kreditləri də ayırdığını bildirib.

M.Tsereteli çıxşı zamanı Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətinə diqqəti çəkib, münasibətlərin inkişafının Gürcüstanın marağında olduğunu bildirib.

Tədbirin davamında beynəlxalq ticarət məsələləri üzrə tanınmış mütəxəssis Ayşe Öge çıxış edərək Türkiyədə biznes mühiti və qanunvericilik bazası barədə ümumi məlumat verib. Daha sonra,  A.Öge üç ölkənin birgə həyata keçirdiyi BTQ layihəsinə diqqəti çəkib və bu layihənin özünün əslən Qarsdan olması ilə əlaqədar onun üçün xüsusilə önəmli olduğunu bildirib. Onun sözlərinə görə, BTQ-nin Qars vilayətinin sosial-iqtisadi durumunun inkişafı baxımından əhəmiyyəti böyükdür.

A.Öge  Azərbaycanın hazırda Türkiyədə ən böyük xarici investorlardan biri olduğunu bildirib. Onun dediyinə görə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılmış maliyyənin həcmi 700 mln ABŞ dollarından artıqdır və Azərbaycan yatırılan investisiyaların həcminə görə ABŞ-dan ön sıralarda gedir.

Çıxışının sonunda Azərbaycanın regionda birləşdirici olduğuna diqqəti çəkən natiq, bu münasibətlərin daha da genişləndirilməsi üçün daha çox imkanların mövcud olduğunu qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.