bu yarışın kişilər və qadınlar növünün hər birində 16 komandanın çıxış edəcəyi təsdiqlənib.
Azərbaycan isə ev sahibi kimi hər iki yarışda təmsil olunacaq.
Təsnifat siyahısına uyğun olaraq kişilər arasındakı yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları iştirak edəcək.
Qadınlar arasında yarışlarda isə Rusiya, Sloveniya, Belçika, Hollandiya, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İsrail, Yunanıstan, Slovakiya və Azərbaycan komandaları qızıl medal uğrunda yarışacaqlar.
Dörd gün davam edəcək 3x3 basketbol yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq.
Məlumat üçün bildirək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək.
Bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.