Xəbərlər

ATU tələbələri dünyanın aparıcı stomatoloji mərkəzində təcrübə keçəcək
09 oktyabr, 2014 09:18

Dr. İlker Erdoğan və prof. Dr. Okan Yeşilotla görüş zamanı Azərbaycan və Türkiyə arasında tibb təhsilində əməkdaşlıq məsələləri müzakirə olunub. 

ATU rektoru, akademik Əhliman Əmiraslanov universitetdə təhsilin quruluşu, tədrisin səviyyəsi haqqında məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti tibbin bütün sahələri üzrə təhsil verən universitetlərdən biridir. Hazırda Universitet klinikalarında tədris kafedralarının yerləşdiyini vurğulayan rektor rezidentlərin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa ehtiyac olduğunu bildirdi. 

Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulu ilə məşğul olan prof. Okan Yeşilot Türkiyədə daha çox tibb sahəsində azərbaycanlı gənclərin təhsil almasının tərəfdarı olduqlarını bildirdi. Onun sözlərinə görə, azərbaycanlı tələbələr bir neçə illiyinə Ankara, İzmir və İstanbulda sayılıb-seçilən tibb müəssisələrində həm oxuyub, həm də praktika keçə bilərlər. 

İstanbulda özəl diş klinikasının sahibi, dünyada ilk dəfə olaraq ağız boşluğuna implant yerləşdirən dr. İlker Erdoğan isə stomatologiya sahəsində əməkdaşlıq edə biləcəklərini vurğuladı. Onun sözlərinə görə, rəhbərlik etdiyi stomatologiya mərkəzində 2009-cu ildən etibarən Almaniya ilə eyni zamanda naviqasiyalı (robotik cərrahi yönləndirmə sistemi) implant qoyulur: “Bu əməliyyat dünyada təxminən 5 dental mərkəzdə icra olunur ki, onlardan biri də bizim kilinikadır. Mən böyük məmnuniyyətlə azərbaycanlı tələbələrə bu sahədə dərs keçə bilərəm”. 

Qonaqlar ATU-nun Stomatoloji Klinikasındakı şəraitlə tanış olduqlarını, burada tələbə və rezidentlər üçün yaradılan şəraiti çox bəyəndiklərini dilə gətiriblər. 

Görüşün sonunda ATU tələbə və rezidentlərinin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa dair protokol hazırlanmasına dair ilkin razılıq əldə olundu. 

Görüşdə ATU-nun Stomatoloji klinikasının direktoru, t.e.d.Alqış Səfərov, ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova da iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.