Səfər çərçivəsində qonaq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda və İtaliyanın ölkəmizdəki səfirliyində olub.
Müvafiq olaraq, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və İtaliyanın ölkəmizdəki səfirinin müavini, Giulia Gullotti ilə görüşüb.
İkitərəfli görüşlər zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparılmış və gələcək əməkdağlığı inkişaf etdirməyin önəmi vurğulanmışdır. Bu görüşlərin ardınca xarici qonaq millət vəkili, YAP Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyev və
YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb.YAP Gənclər Birliyinin ofisi ilə tanışlıq zamanı qonağı maraqlandıran bir sıra suallara cavab verilmiş və görüş müzakirə formatında davam etmişdir.