Xəbərlər

Bakıda keçiriləcək “Formula 1” yarışının məkanı müəyyənləşib - Fotolar
08 oktyabr, 2014 12:29

“Formula-1” yarışının baş icraçı direktoru Berni Ekklestoun və gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Qran Pri Bakı yarışı üçün küçə dairəsinin sxeminin təqdimat mərasimini keçiriblər.

Berni Ekklestoun bildirib ki, Azərbaycan “Formula-1” yarışlarının təqviminə ən son əlavələr edib və bu yarışlar üçün layihələndirilmiş ən müasir yeni küçə dairəsidir. O deyib ki, bu təşəbbüs 2016-cı ildə burada dünya səviyyəli tədbir keçirməyə çox dəyərli töhfə verəcək.

Nazir Azad Rəhimov isə bildirib ki, Bakıda Qran Pri yarışı F1 yarışlarının təqvimində ən heyranedici, ən parlaq məkanların arasında özünəməxsus yer tuta biləcək:

“Hal-hazırda, biz çətin işlərin başlandığı növbəti mərhələdəyik və hamımız qarşıdan gələn aylarda dairənin inşasının şahidi olacağıq. Biz bilirik ki, irəlidə bizi müəyyən çətinliklər gözləyir. F1 Qran Pri yarışının ən yeni trasının yaradılmasına cəlb edilən hər bir insanın köməyi ilə, bu işlər 2016-cı ildə analoqu olmayan tədbirin keçirilməsinə, eyni zamanda, planetin ən yüksək ixtisaslı idman və əyləncə tədbirləri üçün mükəmməl məkan olan və müasir Avropa ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nüfuza öz dəyərli töhfəsini verəcəkdir”, - deyə nazir vurğulayıb.

Tədbirdə iştirak edən yarış cığırının layihələndirilməsi və tikilməsini həyata keçirəcək “Tilke Engineering” şirkətinin baş icraçı direktoru Herman Tilke isə qeyd edib ki, layihələndirmə və dizayn baxımından son dərəcə maraqlı küçə dairəsi yaradılıb:

“Bu dairə, Bakının çox cazibədar şəhər atmosferini, habelə şəhərin zəngin tarixinin və 21-ci əsrin üslubunun bir araya gəldiyi abı-havanı görməyə imkan verir. Tarixi şəhər mərkəzi, gözoxşayan dənizkənarı park, eləcə də görkəmli Hökumət Evi – bütün bunlar möhtəşəm yeni trasın mükəmməl fonunu təşkil edir.

Aydın məsələdir ki, yarış dairələri layihə baxımından çoxsaylı problemləri ortaya qoyur, amma biz komandaların və yarış həvəskarlarının əsrarəngiz yarışdan zövq almasına imkan verəcək bəzi unikal xüsusiyyətləri layihəyə daxil etməyi bacarmışıq. Misal üçün, yarış dairəsində İçərişəhərin qala divarlarında son dərəcə dar yoxuş seksiyası olacaq ki, bu da yüksək dəqiqlik və cəsarət tələb edir. Eyni zamanda, Bulvar ərazisinin yanından uzunluğu 2.2 km olan sürətli yol seksiyasında yarış maşınları ən yüksək sürətlə hərəkət edəcəklər. Bu isə, yarış şousunu canlı seyr edənlərin və ya yarışı televiziya ekranlarından izləyən tamaşaçıların unudulmaz anlar yaşamasına imkan verəcək”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.