Xəbərlər

Boks üzrə Azərbaycan kuboku yarışları başlayıb
07 oktyabr, 2014 12:29

Azərbaycan milli komandasına seçim xarakteri daşıyan turnirdə 100-ə yaxın idmançı gücünü sınayır.

APB (AİBA Pro Boxing) yarışlarında çıxış edəcək Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov istisna olmaqla, digər aparıcı boksçuları Azərbaycan kubokunda rinqə çıxacaq.
“Baku Fires” klubunun üzvü, dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə ölkə miqyaslı yarışda mübarizə aparacaq. Bundan başqa, Rusiya millisinin heyətində gənclər arasında Avropa çempionu olmuş, artıq 3 ildir “Baku Fires”in üzvü kimi WSB liqasında çıxış edən Məhəmməd Qurbanov (56 kq) da turnirdə nəyə qadir olduğunu göstərəcək.

“Baku Fires” klubunun üzvləri Məhəmməd İbiyev (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq), Jaba Xositaşvili (81 kq), Arslanbek Mahmudov və Hacı Murtuəliyev də (hər ikisi 91 kq-dan yuxarı) ilk dəfə Azərbaycan kubokunda yarışacaqlar. London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov yenidən 91 kiloqram çəki dərəcəsində çıxış edəcək. Milli komandamızın üzvünün Abdulqadir Abdullayevlə görüşü böyük maraqla gözlənilir.

Azərbaycan kubokunda Avropa çempionu Salman Əlizadə (49 kq), qitə çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq), Soltan Migitinov (81 kq) kimi aparıcı boksçular da iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyası yarışların ədalətli keçməsi üçün bu dəfə bütün hakimləri xaricdən dəvət edib. Turnirin supervayzeri isə almaniyalı Helmut Ranze olacaq. Azərbaycan kuboku həm də oktyabrın 24-də keçiriləcək APB turnirinə test xarakteri daşıyır.

Yarışa oktyabrın 10-da yekun vurulacaq.   

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.