Afaq Bəşirqızı tərəfindən “Bəşir Səfəroğlu adına mükafat” təsis edilib
03 oktyabr, 2014 10:18
Teatrdan Gün.Az-a verilən xəbərə görə, teatrda çalışan gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, əzmini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına yeni mükafat təsis edilib. Mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilər “İlin ən yaxşı gənc aktyoru” və “İlin ən yaxşı gənc aktrisası” nöminasiyaları üzrə mükafatlandırılacaq.
Bunda başqa, xalq artisti Afaq Bəşirqızı tərəfindən “Bəşir Səfəroğlu adına mükafat” da təsis edilib ki, bu da mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.