Minaya düşən sakin danışdı
07 oktyabr, 2014 12:13
Bayram Süleymanovun sözlərinə görə, mal-qaranı gətirmək üçün təmas xəttinə yaxın ərazidə minaya düşüb. Orada minanın basdırılması barədə nişanlar olsa da, havanın duman-çiskinli olması səbəbindən nişanları görməyib.
Mina partlayandan sonra sağ ayağı parçalanan Bayram Süleymanov çətinliklə sürünərək həbrçiləri köməyə çağırıb. Onu xeyli qan itkisilə xəstəxanaya çatdırıblar.
Hərbçilərin köməyilə xəstəxanaya yerləşdirilən Bayram Süleymanovun həyatını xilas etsələr də, ayağı amputasiya olunub.