Xəbərlər

Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb
03 oktyabr, 2014 12:00

Gün.Az xəbər verir ki, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), “EcoMod Network” şirkətinin və “EKO” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum-Konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə tədbirə qatılmış, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib.

Forum-Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun institutun 50 illik yubileyinə həsr edildiyini vurğulayıb.

“İnstitut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır.”

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılıb.

3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.