Qurban bayramında dəmir yolu gücləndirilmiş iş rejiminə keçəcək
02 oktyabr, 2014 11:58
Gün.Az-ın “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.
Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.