Təhsil müəssisələri tərəfindən görüləcək işlərin Təqvim planı təsdiq edilib
30 sentyabr, 2014 12:32
2014/2015-ci tədris ilinin Təqvim planı təsdiq edilib.
ERtv bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisssiyasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı təsdiq edib.
Şəhər (rayon) təhsil şöbələri, təhsil müəssisələrinin rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, yeni tədris ilinin Təqvim planı ilə tanış olsunlar.