Xəbərlər

Daha bir ağır qəza: 4 nəfər öldü
30 sentyabr, 2014 12:31

Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

ERtv APA-ya istinadən xəbər verir ki, hadisə şəhər şosesində qeydə alınıb.

Elçin Alıyev idarə etdiyi “VAZ 2102” markalı avtomobillə Maştağa istiqamətində  yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “KAMAZ”a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq “VAZ 2102” avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

Xatırladaq ki, 2 gün öncə Göyçayda 9 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş vermişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.